Dəniz Yılmaz: "Bununla bağlı xüsusi çalışıram"

11:11 - 7 Yanvar 2017

"Bursaspor"un və millimizin futbolçusu Dəniz Yılmaz Türkiyə mətbuatına açıqlama verib.


Sportal.az xəbər verir ki, forvard "Bursaspor"da yeganə məqsədinin qol vurmaq olmadığını deyib:


"Mən komandanın oyunçusuyam. Qol vurmasam da, mübarizə aparıram. Həm hücumçu mövqeyində, həm hücumçu arxasında, həm də yarımmüdafiənin sağ və sol cinahlarında çıxış edə bilirəm. Mənim üçün önəmli olan da fərqlənməyim yox, komandamın uğurlu çıxışıdır".

 

O bildirib ki, mövsümün ikinci yarısında əlindən gələnin ən yaxşısını etməyə çalışacaq:

 

"İnsanlar məndən qol gözləyir. Bununla bağlı xüsusi çalışıram. Ötən mövsümün ikinci yarısındakı kimi oynayacam. Hansı mövqedə oynamağımın fərqi yoxdur.  Hər mövqedə ən yaxşını etməyə çalışacam".

 

Hücumçu "Bursaspor" azarkeşləri haqda da müsbət fikirlər səsləndirib:

 

"Hamza Hamzaoğlu, klub prezidenti və rəsmilərlə münasibətimlərim yaxşıdı, bir ailə kimiyik. Xüsusilə, baş məşqçimizə təşəkkür edirəm, məni çox yaxşı qarşıladı. Həmin münasibətini indi də davam etdirir. Mən də onun etimadını doğrultmağa çalışıram. Azarkeşlərimizi çox sevirəm. Özümü evimdəki kimi hiss edirəm. Onların bizi dəstəkləmələri önəmlidir. İnşallah, birgə yaxşı günlər keçirəcəyik".

 

Yılmaz qarşıda onları "Trabzonspor"la çətin oyun gözlədiyini deyib:

 

"Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb etmir. Hər matç bizim üçün önəmlidir. Öz meydanımızda rəqibin 3 xal qazanmağına imkan vermərik. Bu mövsüm üçün hədəfimiz çempionatı ilk 5-likdə başa vurmaqdır. Çempionlar Liqasına, Avropa Liqasına getmək istəyirəm. Buna görə çox çalışmalyıq".

 

Xəbər xətti