"Boavişta"nın baş məşqçisi yeni qapıçıdan danışdı: "Ona çox inanıram"

17:06 - 7 Yanvar 2017

“Aktivimizdə 17 xal var. Bundan razıyıq. Lakin mövsümün 2-ci yarsından daha iddialı çıxış etməliyik. Məqsədlərə nail olmaq üçün daha çox çalışmalıyıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millimizin üzvləri Emin Mahmudov və Kamran Ağayevin formasını geyindiyi “Boavişta” klubunun baş məşqçisi Migel Leal “A Bola” nəşrinə açıqlamasında söyləyib. 51 yaşlı mütəxəssis heyətə yeni cəlb etdikləri braziliyalı qolkiper Vaqner Silva haqda da danışıb:

 

“Çempionatın sonuna çox var. Bir neçə problemlərimiz var. Bunları aradan qaldırmalıyıq. Heyətimizi tənzimləməliyik. Komandada olan futbolçuların çıxışlarını qiymətləndiririk və buna uyğun addım atırıq. Transfer çalışmalarını davam etdiririk. Amma qışda istədiyin oyunçu transfer etək müşkül məsələdir. “Muskron”un qolkiperi Vaqner Silvanı icarəyə götürmüşük. Vaqner təcrübəlidir, ona çox inanıram”.

 

Portu təmsilçisinin çalışdırıcısı sabah “Vitoriya”ya qarşı keçirəcəkləri oyun haqda da qısaca danışıb:

 

“Rəqibimiz yaxşı komandadır. Heyətlərində əla futbolçular var. Oyuna hazırıq. Müsbət nəticə qazanmaq üçün mübarizə aparacağıq. Hədəflərimizə çatmaq istəyiriksə, hər oyunda qalib gəlməliyik”.

 

Qeyd edək ki, “Boavişta” Portuqaliya Premyer Liqasının 16-cı turunda “Vitoriya”nı qəbul edəcək. Görüş yanvarın 8-i, Bakı vaxtıyla 22:00-da başlayacaq.

Xəbər xətti