"Sumqayıt"ın futbolçusu Amit Quluzadə karyerasını Yunanıstan Super Liqasında davam etdirəcək.
Sportal.az-ın əldə etdiyi özəl məlumata əsasən, 24 yaşlı yarımmüdafiəçi bu ölkənin AEL Larissa klubu ilə razılıq əldə edib. Gənc futbolçu artıq tibbi müayinədən uğurla keçib. Onunla rəsmi müqavilə imzalanacaq.
Sabah Larissa təmsilçisi Super Liqanın 14-cü turu çərçivəsində səfərdə "Platanias"ın qonağı olacaq. Həmyerlimiz bu qarşılaşmanı tribunadan izləyəcək.
Qeyd edək ki, AEL 13 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi