Vaqif Cavadov Rusiya Premyer Liqasında ÖZƏL

11:17 - 8 Yanvar 2017

“Sumqayıt”dan ayrılan Vaqif Cavadova Rusiya və Türkiyədən təkliflər olduğu barədə yazmışdıq. Millimizin sabiq futbolçusuyla bağlı yeni məlumat almışıq.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Vaqif Cavadov Rusiya Premyer Liqasında çıxış edəcək. O, Premyer Liqanın debütantı “Orenburq”un maraq dairəsinə düşüb. Artıq tərəflər bir çox məsələlərdə anlaşıblar. Müqavilənin bəzi detalları üzrə müzakirələr sona çatan kimi bu transfer barədə rəsmi məlumat veriləcək.

 

Qeyd edək ki, Vaqif Cavdovun Rusiya Premyer Liqasında oyun təcrübəsi var. O, 2011/12-ci il mövsümündə “Volqa”da çıxış eləyib. 11 matçda meydana çıxıb, qol vura bilməyib. Xatırladaq ki, Vaqif ÇSKA Moskva klubunun yetirməsidi. 

Xəbər xətti