Ağabala Ramazanovu “Qarabağ”a güzəştə gedən “İnter” rəhbərliyi hər vəchlə Ruslan Abışovun yolunu kəsməyə çalışır. İlk baxışdan bu keçidi əngəlləyən səbəblər var və “İnter”in Abışovu əldən buraxmaq istəməməsi anlaşılandı. Ancaq hər şey göründüyü kimi deyil...
Ağabala Ramazanovu “Qarabağ”a təmənnasız buraxan “İnter” Ruslan Abışovun keçidindən yaxşı pul qazana bilər. “Neftçi” onu heyətində görməkdə çox israrlıdır. Ancaq “İnter” rəhbərliyi hər şeyə rəğmən onu buraxmır. Səbəb Ruslan yox, “Neftçi”di!
“İnter”in prezidenti Azər Əliyev də, baş məşqçi Zaur Savanadze də bilirlər ki, Abışov yuvaya qayıtmaq istəyir. Başqa klub olsaydı, buraxacaqdılar, ancaq “Neftçi”yə buraxmayacaqlar. İki klub arasında münasibətlərin nə üçün gərginləşdiyi barədə dolğun bilgimiz yoxdur. Ancaq artıq “İnter”dən üstüörtülü işarə veriblər ki, onlardan “Neftçi”yə oyunçu verilməyəcək...
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 14 oyundan sonra Ruslan Abışovun aktivində 5 qol var.
saytlarin hazirlanmasi