AFFA rəsmisi: "Kamran Ağayevin həmin müsahibəsi çıxmasaydı, daha yaxşı olardı"

12:03 - 8 Yanvar 2017

Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Boavişta” klubu yeni əlcək sahibi dəvət eləyib. Portuqaliya klubu braziliyalı Vaqner Silvanı mövsümün sonuna qədər “Muskron”dan icarəyə götürüb. “Boavişta”nın baş məşqçisi Migel Leal son açıqlamasında braziliyalı qapıçının təcrübəsinə çox inandığını söyləyib.

 

Bu o deməkdir ki, Kamran Ağayev start heyətində yerini itirəcək? Bu suala aydınlıq gətirmək üçün AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyevə müraciət etdik. Sportal.az saytına danışan AFFA rəsmisinin braziliyalı qapıçının transferinə münasibəti belə oldu:

 

“Heç birimizin şübhəsi yoxdur ki, Kamran Ağayev güclü qapıçıdı. Hətta deyərdim ki, Kamran Portuqaliya çempionatının ən yaxşı qapıçılarındandı. Mənə elə gəlir ki, klubda Kamranın Bakıya qayıtmaq istəyi ilə bağlı olan müsahibəsini oxuyublar və özlərini sığortalamaq üçün yeni qapıçı gətiriblər. Məncə, Kamran Ağayevin həmin müsahibəsi çıxmasaydı, daha yaxşı olardı”.  

Xəbər xətti