"Sumqayıt"ın futbolçusu Amit Quluzadənin karyerasını Yunanıstan Super Liqasında çıxış edən AEL klubunda davam etdirəcəyi haqda məlumatı diqqətinizə çatdırmışdıq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov Quluzadənin boşluğunu AZAL-da çıxış edən Kamal Mirzəyevlə doldurulmasını istəyir. Abasov gənc futbolçunu komandasında görmək istəyir.
Lakin bu transferin reallaşması inandırıcı görünmür. "Təyyarəçilər"in baş məşqçisi Tərlan Əhəmdov U-21 millimizin də üzvü olan yarımmüdafiəçinin göndərilməsini istəmir.
Qeyd edək ki, Kamal Mirzəyevin AZAL-la müqaviləsi mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi