Robert Prosineçki ilin rəmzi komandasını açıqladı FOTO

10:58 - 9 Yanvar 2017

Milli komandamızın baş məşqçisi Robert Prosineçki ötən ili dəyərləndirib.

 

Sportal.az "Nova TV"yə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis 2016-cı ilin rəmzi komandasını müəyyənləşdirib.

 

Simvolik 11-likdə "Real"dan 4, "Barselona"dan 3 futbolçu var. "Atletiko"nun 2, "Vest Hem" və "Arsenal"ın 1 futbolçusu Prosineçkinin rəmzi heyətinə düşüb.

 

Qapıçı: Yan Oblak ("Atletiko")

 

Müdafiəçilər: Serxio Ramos, Marselo ("Real"), Xerard Pike ("Barselona"), Hektor Bellerin ("Arsenal")

 

Yarımmüdafiəçilər: Andres İnyesta ("Barselona"), Luka Modriç ("Real"), Dimitri Payet ("Vest Hem")

 

Hücumçular: Kriştiano Ronaldo ("Real"), Antuan Qrizmann ("Atletiko"), Lionel Messi ("Barselona")

 

Xəbər xətti