Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubu transfer çalışmalarına davam edir.
Sportal.az xəbər verir ki, Qara dəniz klubu bu gün "Akhisar"ın kolumbiyalı forvardı Huqo Rodalleqa ilə razılığa gəlib. Muhammet Demirlə Sefa Yılmazı “Qaziantepspor”a icarəyə verən və bir neçə futbolçuya qapını göstərən “bordo mavililər” daha 2 futbolçusunu icarəyə vermək istəyir.
Ərsun Yanalın heyətdə düşünmədyi Serje Akakpo və millimizin forvardı Ramil Şeydayev üçün klub axtarılır. Lakin aşağı liqalarda çıxış edən Qara dəniz təmsilçilərinin hamısına təklif edilən futbolçulara yaxın duran olmayıb. Serje Akakponu bəzi klublar maaşını “Trabzonspor” ödəyəcəyi halda qəbul edəcəyini söyləyib. Ramil üçün isə heç bir komanda müsbət cavab verməyib.
Bir neçə gün əvəl I Liqada mübarizə aparan “Samsunspor”un baş məşqçisi Osman Özköylü açıqlamasında Ramildən imtina etdiyi söyləmişdi:
“Trabzonspor” bizə Ramil Şeydayev və Serje Akakponu təklif etdi. Akakpo müdafiəçidir. Mən isə yerli stoper istəyirəm. Ramil Şeydayev də təcrübəsiz futbolçudur. Ona görə də Ramilin keçidində risk etmədik”.
“Trabzonspor” qış transfer pəncərəsi bağlanana kimi Ramillə Akakponu icarəyə verməyə çalışacaq.
saytlarin hazirlanmasi