Qış transfer pəncərəsinin fəallarından olan "Neftçi" heyətinə əl gəzdirməkdə davam edir.
Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Rusiya I Liqasında çıxış edən "Yenisey" klubunun futbolçusu Azər Əliyevə "elçi düşüb". 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 3 dəfə təklif göndərən "ağ-qaralar" rədd cavabı alıb.
Azərbaycan əsilli futbolçu "Neftçi"də oynamaq istəməyib. Komandasının əsas üzvü olan Əliyev karyerasını Rusiyada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, "Yenisey" Rusiya I Liqasında 24 turdan sonra 37 xalla 4-cüdür və Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparır.
Azər Əliyevin çıxışından hazırlanmış videonu təqdim edirik:
saytlarin hazirlanmasi