Bir neçə gün öncə Türkiyə mətbuatında Superliqa təmsilçisi “Gənclərbirliyi” klubunun “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldonu icarəyə götürmək istədiyinə dair xəbərlər yayılmışdı.
Sportal.az xəbər verir ki, ”Qafqazinfo”ya açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hakan Karakoca məsələyə belə münasibət bildirib: “
Reynaldo üçün təklif göndərilib-göndərilmədiyini bilmirəm. Fikrimcə, indiki halda bu çətindir. Çünki dünən Aqon Mehmeti ilə müqavilə imzaladıq. Bununla da komandada hücumda oynayacaq futbolçuların sayı 4 oldu. Həmçinin legioner limiti hazırda doludur. Aqon Mehmetidən öncə bu mümkün ola bilərdi. Amma indiki halda çətin görünür".
saytlarin hazirlanmasi