Kamran Ağayev "Benfika"nın futbolçuları ilə dalaşdı VİDEO

12:28 - 15 Yanvar 2017

Portuqaliya çempionatının 17-ci turunda keçirilən “Benfika” - “Boavişta” oyunundan sonra insident yaşanıb. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Kamran Ağayev oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı sakitləşdiriblər. Oyunun 75-ci dəqiqəsində sarı vərəqə alan Ağayev insidentin əsas iştirakçısı olduğu üçün matç başa çatdıqdan sonra baş hakim Luiş Ferreyra tərəfindən ikinci "sarı" ilə cəzalandırılıb.


Bununda da, Ağayevin komandasının növbəti oyununda iştirak etməyəcəyi dəqiqləşib.  Portualiya Futbol Federasiyasının oyunda qeydə alınan vərəqələrə görə hər iki klubu cəızalandıracağı dəqiqdir. İnsidentin əsas iştirakçısı olan Ağayevə əlavə cəza veriləcəyi də gündəmdədir. 

 

Qeyd edək ki, “Benfika” ilə oyunun gedişində 3:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda “Boavişta” meydandan 1 xalla ayrılıb - 3:3. 

 

Xəbər xətti