Paraqvay millisinin sabiq üzvü Ramon Kardoso karyerasını ölkəmizdə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, hücumçu axtarışında olan "Neftçi" hazırda ölkəsinin "Deportivo Kapiata" klubunda forma geyinən 30 yaşlı forvarda təklif göndərib.
Ancaq onun "Neftçi"yə keçib-keçməyəcəyi bəlli deyil. Çünki Avropaya qayıtmağın əleyhinə olmayan forvarda bir neçə təklif var. Onun yaxın günlərdə yekun qərar verəcəyi gözlənilir.
Kardoso vaxtı ilə Portuqaliyanın "Panafiel", "Nasional", "Vitoriya Setubal" və "Moreirenşe" klublarında forma geyinib. O, ötən il "Moreirenşe"dən "Deportivo Kapiata"ya keçib.
saytlarin hazirlanmasi