Kamran Ağayevi qeyri-peşəkar adlandırdılar

14:07 - 17 Yanvar 2017

Milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasının 18-ci turunda "Aroka"nın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, ötən oyunda cəzalı duruma düşən Kamran Ağayev sözügedən qarşılaşmada iştirak etməyəcək. Yeni transfer Vaqner Silvanın isə sənədlərində problemlər yaşandığı üçün "Boavişta" qapıçı sarıdan çətinliklə üzləşə bilərdi. Lakin Portu təmsilçisi "Muskron" klubundan icarəyə götürdüyü 30 yaşlı qolkiperin sənədlərini federasiyaya təqdim edib. Növbəti turda çərçivə braziliyalıya həvalə olunacaq.

 

"Boavişta" klubunun azarkeşləri isə Kamranın "Benfika" ilə matçda etdiyi hərəkəti qınayıblar. Portu təmsilçinin fanatları sosial şəbəklərdə millimizin üzvünü qeyri-peşəkarlıqda günahlandırıblar.

 

Xatırladaq ki, Kamran Ağayevin "Boavişta" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti