Ansi Aqolli: "Skenderbeu"ya bu şərtlə keçə bilərəm"

15:08 - 17 Yanvar 2017

“Qarabağ”ın və Albaniya millisinin futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışı zamanı “Skenderbeu” – “Qarabağ” (0:1) matçından sonra Albaniya klubunun prezidenti Adrian Takay Aqollini heyətlərində görmək istədiyini söyləyib. Təcrübəli futbolçunun cavabı isə belə olub:

 

“Bu cəlbedici təklifdən heç kəs imtina edə bilməzdi. “Skenderbeu” “ağ-göy” rəngli formada çıxış etsə, bu komandaya keçərəm. Albaniyada yalnız “ağ-göy” formada çıxış edən “Tirana”nın şərəfini qorumuşam. Amma zarafat bir qırağa qalsın, Adrian Takay və onun kollektivi Albaniyada mükəmməl klub yaradıblar. Bu, ölkədə hamıya nümunə olmalıdır. Mən Takaya və onun komandasına uğurlar arzulayıram. Düşünürəm ki, "Skenderbeu" yeni baş məşqçi ilə uğurlar qazanacaq”.

 

Qeyd edək ki, Aqolli “Tirana” klubunun yetirməsidi. O, 1991-2000 və 2008-09-cu illərdə bu komandada çıxış edib. Albaniya yığmasının kapitanı “Qarabağ”a 2009-cu ildə Ukraynanın “Krivbass” klubundan keçib.

Xəbər xətti