“Barselona”nın argentinalı ulduz futbolçusu Lionel Messi “Coach Magazine” nəşrinə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Uşqalıqda hansı futbolçu sənin kumirin olub?
- Əlbəttə, Dieqo Maradona. Onu izləməkdən həzz alırdım. Həmçinin, Pablo Aymar da mənim kumirim olub. Aymarın oyununu çox bəyənirdim.
- “Barselona”ya ilk dəfə gələndə adaptasiya olmaqda sənə kim çox kömək edirdi?
- Mənim üçün ölkəmdən ayrılmaq çətin idi. İlk dəfə gələndə Sesk Fabreqasla dostlaşdıq. Hələ də çox yaxşı dostuq.
- Üzərində ən çox əziyyəti olan məşqçi kimdir?
- Hansı məşqçi ilə çalışmışamsa, çox şey öyrənmişəm. Ancaq geri baxanda yalnız birini deməli olsam, bu Frank Raykard olardı. O, məni əsas komandaya hazırladı, ilk peşəkar oyuna çıxardı. Mənim üçün hər şey Raykardla başladı.
- Sizi ən çox nə motivasiya edir?
- Klubum “Barselona” və ölkəm Argentina üçün qələbələr, titullar qazanmaq. Heç vaxt geri dönüb uğurlarıma baxmıram. Bunu yalnız karyeramı başa vurandan sonra edəcəm. İndi isə daha çox uğur qazanmaq üçün çalışıram.
- Luis Suares və Neymarla bu dərəcdə necə anlaşırsız?
- Onu deyim ki, çox çalışırıq. Bundan əlavə, yaxın dostlarıq. Bir-birimizlə həm meydanda, həm də futboldan kənarda yaxşı anlaşırıq.
- İngiltərə Premyer Liqasında oynamaq istərdiniz?
- “Barselona” mənə hər şeyi bəxş edən klubdur. Burada qala biləcəyim qədər qalmaq istəyirəm.
- Sizcə, bu il İngiltərə Premyer Liqasını hansı klub qazanacaq?
- Fikrimcə, çox rəqabətli çempionatdır. Ötən mövsüm də bunu gördük. Təxmin etmək də çətindir. Məncə, Qvardiola çox uğurlu olacaq. İndi o adaptasiya olur, amma çox uğurlu çıxış edəcək. Bundan şübhəm yoxdur.
- Hansı ingilis futbolçuya qarşı oynamaq daha xoş olub?
- Uzun illər ərzində xeyli Britaniya klublarına qarşı oynamışıq. Onların əksər futbolçuları yüksək səviyyəli olub. Ancaq mən həmişə Ueyn Runiyə böyük ehtiramla yanaşmışam. O, uzun illərdi ki, yüksək səviyyədə çıxış edir və bizim nəslin xüsusi futbolçularından biridi.
- Argentina milli komandası üçün yenidən oynamağa sizi kim razı saldı?
- Finalda Çiliyə uduzduqdan sonra ruh düşkünlüyü yaşayırdım. İnsanlarla, ailəmlə, dostlarımla danışdım və ilk qərarımı dəyişdim. Argentina ilə titullar qazanmaq istəyirəm.
- Bu günə kimi hansı kubok sizin üçün daha önəmlidir?
- “Barselona”da istədiyimiz hər şeyi qazanmışıq. Hər mövsümün əvvəlində bütün titulları qazanmağımız gözlənilir. Buna görə də hamısı önəmlidir.
- Kriştiano Ronaldodan aldığımız müsahibədə bildirmişdi ki, “Messi ilə bir-birimizə böyük hörmətimiz var”. Bəs, siz Ronaldo haqda nə fikirləşirsiz?
- Həqiqətən də belədir. Bir-birimizə böyük hörmətimiz var. Mənə görə, Ronaldo böyük işlər görmüş və möhtəşəm bir futbolçudur.
- Bu günə qədər futboldan öyrəndiyin ən önəmli dərs hansıdır?
- Uduzmağa nifrət edirəm. Oyundan sonra bunun təsiri 1 saata da keçmir, çox uzun çəkir. Məğlubiyyətin veridyi hisslərə dayana bilmirəm. Bu səbəbdən hər şeyi qazanmağa çalışıram.
- FİFA 2017-dəki reytinqiniz haqda nə düşünürsüz?
- Oyunu sürətli şəkildə idarə edirəm.
saytlarin hazirlanmasi