"Reynaldo Türkiyə və ya Avropada oynamaq istəyir"

11:28 - 19 Yanvar 2017

"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın agenti Tural Əsgərov "Ajansspor"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, "Gənclərbirliyi" və "Adanaspor" klublarının Reynaldo ilə maraqlandığını təsdiqləyib:

 

"Gənclərbirliyi" ötən həftə Reynaldo ilə maraqlandı. Stankunun komandadan ayrılmasından sonra Reynaldonun transferi yenidən gündəmə gəldi. "Adanspor"da Reynaldonun xidmətində maraqlı idi. Lakin maddi baxımdan bu klubla razılığa gələ bilmədik. "Adanaspor" Reynaldonun istədiyi pulu vermədi".

 

Əsgərov bildirib ki, braziliyalı futbolçu karyerasını Türkiyə və ya Avropada davam etdirmək istəyir:


"Reynaldo karyerasını Türkiyə və ya Avropada davam etdirmək istəyir. Onun "Qarabağ"la 1.5 illik müqaviləsi var. "Qarabağ" onu icarəyə vermək yox, satmaq tərəfdarıdır".

Xəbər xətti