“Bursaspor”un rəsmiləri Yüksəl Çolak və Hüseyn Gedik Robert Prosineçki ilə danışıqlar aparmaq üçün Bakıda olduğu haqda məlumatlısız.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssisi klubun “sükanı arxasına” keçirməyi planlaşdıran “timsahlar”ın bu istəyi baş tutmayıb. AFFA prezidenti Rövnəq Abdullayevlə görüşən rəsmilər millimizin çalışdırıcısı üçün icazə ala bilməyiblər.
Məsələ burasındadı ki, Prosineçkinin AFFA ilə 11 aylıq sözləşməsi var. Bu sözləşmənin ləğvi üçün isə 2 milyon avro təzminat tələb olunur. Bu isə “Bursaspor” rəhbərliyi üçün ürəkaçan olmayıb. Nəticədə Super Liqa təmsilçisi Prosineçkinin xidmətindən imtina edib.
saytlarin hazirlanmasi