"Qarabağ"ın futbolçusu Reynaldonun Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədi.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu sabah "Adanaspor"la rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcək.
Bu barədə məlumatı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Newsport.az saytına açıqlamasında verib. O, danışıqların yekunlaşmaq üzrə olduğunu deyib:
"Bir neçə klub Reynaldoyla maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq".
saytlarin hazirlanmasi