"Qarabağ"dan Türkiyənin "Adanaspor" klubuna transfer olunan Reynaldo "instagram" hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Azərbaycan dilində "Qarabağ"la, klubun azarkeşləri ilə və Azərbaycan xalqı ilə vidalaşıb.
O, bu gün Azərbaycana qayıdacağını qeyd edib:
"Burdan bütün Azərbaycan xalqını salamlayıram. Orada olduğum müddətdə mənə hər zaman dəstək olan klub rəhbərlərinə, məsqçi heyətinə, komanda yoldaşlarıma, klubda calışan hər bir kəsə və bütün "Qarabağ" azarkeşlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu neçə ildə mənə doğmalaşan bir ölkədən ayrılmaq doğurdan da çətindi. Buna baxmayaraq, çox yaxşı təəssüratlarla ayrılıram. Sizi çox sevirəm, hər zaman ürəyimdə olacaqsız!!! Allahın köməyi ilə bir gün yenə də Azərbaycana qayıdacam!!!"
Qeyd edək ki, Reynaldonun "Adanaspor"la 2,5 illik müqavilə imzalayacağı gözlənilir.
saytlarin hazirlanmasi