Klub prezidenti açıqladı: "Ramil Şeydayevin gedəcəyi dəqiqdir"

22:38 - 26 Yanvar 2017

Türkiyənin "Trabzonspor" klubunun millimizin hücumçusu Ramil Şeydayevi icarəyə göndərəcəyi dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun patronu Muharrem Usta verib. Qara dəniz təmsilçisinin prezidenti gənc futbolçunu təcrübə toplamaq üçün daim oynaya biləcəyi klublardan birinə icarəyə verəcəklərini bildirib:

 

"Serje Akakpo komandamızdan gedəcək. Hyun Yun Sukla danışıqlarımız davam edir. "Portu"ya qayıtmaq ehtimalı var. Ramil Şeydayev isə icarəyə veriləcək, gedəcəyi dəqiqdir. Şeydayevi təcrübə toplaması üçün daim oynayacağı bir kluba icarəyə verəcəyik. Yaxın günlərdə qərar veriləcək". 


Qeyd edək ki, Şeydayev "Trabzonspor"un heyətində 3 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti