"Sumqayıt"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın müdafiəçisi Vaquf Gülalıyev sıradan çıxıb. 23 yaşlı sol cinah müdafiəçisi Antalya toplanışı zamanı Qazaxıstanın "Atırau" klubu ilə keçirilən hazırlıq qarşılaşmasında zədələnib.
Gənc futbolçunun dizinin çarpaz bağları qopub. Gələn həftə əməliyyat olunacaq müdafiəçinin 6 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Bu isə onun üçün mövsümün bitməsi deməkdi.
saytlarin hazirlanmasi