Aleksey Antonov: "Qəbələ"ni bu səbəbdən tərk etdim" MÜSAHİBƏ

12:51 - 27 Yanvar 2017

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan Aleksey Antonov hələ də klubsuzdur. Ukraynalı hücumçu hazırda Rusiyanın "Anji" klubunda baxışdadır.

 

31 yaşlı forvard ölkəsinin mətbuatına karyerası haqda müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Bir müddətdir, sizdən xəbər yoxdur. Salamatçılıqdır?

- Prinsipcə, hər şey normaldır. Son vaxtlar klub axtarışında idim. Formamı itirməmək üçün bir müddət “Dnepr”in əvəzedici heyətində məşqlər edirdim.

 

- Sizə “Dnepr”də qalmağı təklif etmədilər?
- Məlum səbəblərdən,“Dnepr” yeni oyunçu sifariş edə bilməz. Ona görə də bu məsələni heç müzakirə etmədik. Şübhəsiz ki, “Dnepr” mənə yaxın klubdur.


- Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ”də özünüzü pis göstərmədiniz. Niyə “qırmızı-qaralar”I tərk etdiniz?
- Klub rəhbərliyi ilə aramızda fikir ayrılığımız oldu. Bir də Azərbaycanda qalmaq üçün alışıb-yanmırdım. Ümumiyyətlə, qarşılıqlı razılaşma əsasında “Qəbələ”dən ayrıldım.

 

- Ukrayna üçün darıxırdınız?
- Darıxmaq deməzdim, mənə psixoloji tərəfdən çətin idi.

 

- Azərbaycandakə karyeranız müsbət nə ilə yadda qaldı?
- Avropa Liqasının qrup mərhələsindəki çıxışımızı qeyd edə bilərəm. Bu, demək olar ki, təsəlli idi. Güclü komandalar və yüksək səviyyəli futbolçulara qarşı oynamağı həmişə istəyirəm. Fikrimcə, biz o yarışda layiqincə çıxış etdik. Azarkeşklər bizi sonadək yaxşı dəstəklədi.


- Boş vaxtlarınızda futboldan başqa nəsə məşğuliyyətiniz var idi?
- Düzü, Qəbələni şəhər adlandırmaq çətindir. Ona görə də nəsə danışmaq da olmur.

 

- Azərbaycan çempionatı ölkədə populyardır?
- Bunu demək çətindir. Bəlkə də mesenatlar və funksionerlər bu məsələyə çox diqqət edirlər. Amma stadionlara azarkeşlərin gəlmə səviyyəsi yaxşı olmağı istəyir.

 

- Hazırda siz “Anji”nin düşərgəsindəsiniz. Bu komandaya necə düşdünüz?
- Hələ ki, mən burda baxışdayam. Ona görə də konkret nəsə danışmağın mənası yoxdur.

 

- Ukraynada karyeranızı davam etdirmək variantı vardı?
- Maraq vardı, amma danışıqlar olmadı. Söz-söhbətlər gəzirdi.

 

- Qarşıda nə hədəfiniz var?
- “Anji”də möhkəmlənmək istəyirəm. Maksimum şəkildə çalışacam ki, bunu bacarım və müqavilə imzalayım.

Xəbər xətti