"Qəbələ"dən "Sumqayıt"a qadağa SON DƏQİQƏ

19:28 - 27 Yanvar 2017

Sabah Azərbaycan Premyer Liqasında qış fasiləsi sona çatacaq. 15-ci turun açılış matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. Sportal.az-ın əldə etdiyi məlumata görə, “Qəbələ” icarə əsasında “Sumqayıt”da çıxış eləyən yetirməsi Yusif Nəbiyevin sabahkı oyunda iştirakına qadağa qoyub.

 

Yusif Nəbiyev həm ilk, həm də ikinci dövrədə “Qəbələ”yə qarşı oynamışdı. Sumqayıtda keçən və 2:2 hesabıyla sona çatan oyunda qol da vurmuşdu. Məsələyə aydınlıq gətirmək üçün “Qəbələ”nin komanda rəisi Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Səbuhi bəy futbolçunun müqaviləsində “Qəbələ”yə qarşı oynamayacağına dair bəndin olduğunu dedi. Əvvəlki oyunlarda iştirakına gəlincə, Səbuhi Səfiyarlı bunu “Sumqayıt” rəhbərliyinin həmin oyunlarda xahişi ilə mümkün olduğunu dedi.

 

Qeyd edək ki, “Sumqayıt”ın heyətində Yusif Nəbiyevdən başqa zədə səbəbindən Vaquf Güləliyev və Ayaz Mehdiyev də “Qəbələ” ilə oyunu buraxacaq. “Qəbələ” – “Sumqayıt” matçı sabah saat 15:00-da, Qəbələ şəhər stadionunda keçiriləcək. 

Xəbər xətti