"Qəbələ" - "Sumqayıt" oyunu təxirə salınacaq?

13:06 - 28 Yanvar 2017

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq. XV turun açılış matçında "Qəbələ" doğma azarkeşləri önündə "Sumqayıt"ı qəbul edəcək.
 

Sportal.az xəbər verir ki, Qəbələdə yağan güclü qar oyunu keçirilməsinə mane olmayacaq. Stadionun işçiləri qazonu qardan təmizləyiblər. Hazırda meydanın durumu yaxşıdır və oyunun keçirilməsi üçün heç bir əngəl qalmayıb.

 

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu saat 15:00-da başlayacaq. 

 

Xəbər xətti