Azərbaycan derbisini nə qədər azarkeş izlədi?

10:10 - 30 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turu üçün azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turda ən çox azarkeş Azərbaycan derbisində qeydə alınıb. Suraxanıdakı “Azersun Arena”da keçirilən “Qarabağ” - “Neftçi” oyununu (1:1) 3200 azarkeş izləyib.

 

Turun antirekordu isə “İnter Arena”da keçirilən “İnter” - “Kəpəz” oyununda qeydə alınıb. “Bankirlər”in 4:1 hesabıyla qalib gəldiyi oyunu cəmi 300 tamaşaçı izləyib.

 

Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “Sumqayıt” oyununda (1:1) 1000, Zirə idman kompleksində baş tutmuş “Zirə” - AZAL qarşılaşmasında (2:1) isə 800 azarkeş qeydə alınıb.

 

Ümumilikdə turun 4 oyununu 5300 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1325 tamaşaçı deməkdi.

 

Xəbər xətti