"Ludoqorets" hücumçusunu Azərbaycana buraxmadı

11:44 - 30 Yanvar 2017

Son Bolqarıstan çempionu “Ludoqorets” hücumçusu Junior Kişadanı Azərbaycanın aparıcı klubularından birinə satmayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı “Meridian Match” nəşri yayıb.

 

31 yaşlı forvard Azərbaycan klubunun sərfəli təklifini qəbul etsə də, Razqard təmsilçisinin çalışdırıcısı Georgi Dermendiyev onu komandada saxlamağa razı salıb. Avropa Liqasında da mübarizə aparan komanda sıx qrafikə görə, Kişadanı satmaqdan imtina edib.

 

“Ludoqorets” qış transfer pəncərəsində “Botev”dən Joao Paulonu transfer etdikdən sonra Junior Kişadanın oynamaq şansı azalıb.

 

Xatırladaq ki, Joao Paulonun da adı Azərbaycan klubları ilə hallanırdı.

 

Qeyd edək ki, 2011-ci ildən “Ludoqorets”də çıxış edən Kişada 114 oyuna 30 qol vurub.

Xəbər xətti