Ramil Diniyevin qərarı haqlı idimi? FOTO

16:18 - 30 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ” – “Neftçi” matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Ramil Diniyevin 71-ci dəqiqədə “Neftçi”nin qapısına təyin etdiyi penalti mübahisələrə səbəb olub.

 

"Neftçi"nin futbolçuları da qərara etiraz ediblər. Onlar iddia ediblər ki, top “Neftçi”nin futbolçusunun qoluna cərimə meydançasının içində yox, çölündə dəyib.

 

Lakin epizodun təkrarında Ramil Diniyevin düzgün qərar verdiyi görünür. Belə ki, top "Neftçi"nin futbolçusunun əlinə cərimə meydançası xəttinin üzərində dəyib. Xəttin üzəri isə cərimə meydançasının içi sayılır.


Qeyd edək ki, hakimin qərarından sonra "Qarabağ"ın hücumçusu Dino Ndlovu penaltidən hesabı bərabərləşdirib.

 

Xəbər xətti