Azərbaycanın U-21 və “Feyenoord”un futbolçusu Özancan Kökcü Avropa klublarının transfer hədəfindədir.
Sportal.az xəbər verir ki, Özancan və onun kiçik qardaşı Orkun Kökçü Almaniya, İspaniya, İngiltərə kimi ölkələrin klublarının skaut heyətlərinin maraq dairələrinə düşüb. İstedadlı qardaşları “Arsenal” və “Mançester Yunayted” başda olmaqla bir çox klublar transfer hədəfinə alıb.
Ozancan Kökcü meydanda 10 nömrə funksiyasını yerinə yetirir. Yarımmüdafiəçi performansına görə “Qroningen”dən “Feyenoord”a transfer oldu. Ozancan Azərbaycan milli komandasını seçib və U-21 yığmasının heyətində ilk oyunda qol vurmağı da bacarıb.
Qardaşı Ozancan kimi 10 nömrə funksiyasını yerinə yetirən Orkun Kökcü də Hollandiyanın istedadlılarından hesab edilir. Orkun bacarığı ilə Hollandianın U-17 yığmasına dəvət edilib. İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in skautları 16 yaşlı futbolçunu uzun müddətdir ki, izləyir.
Kökcü qardaşlarını Hollandiyada “De Bur” qardaşları adlandırlar. Hollandiya futbolunun əfsanələri olan Ronald və Frank de Bur qardaşlarına istedalarına görə bənzədilən Kökcü qardaşlarını İngiltərədə Qari və Fil Nevillə müqayisə edirlər.
Hollandiyanın Haarlem bölgəsində doğulan qardaşlar yaşadıqları yerin çətinliklərinə baxmayaraq, həm futbolda, həm də təhsildə uğurludurlar. Onların anası Sibel və atası Halis Kökcü futbolçuların peşəkar yaşamaları üçün əllərindən gələni edir.
saytlarin hazirlanmasi