"Kəpəz" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçlarının yeri dəyişdirildi

17:44 - 1 Fevral 2017

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XVI turu ilə bağlı aşağıdakı dəyişiklikləri həyata keçirib. 

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın XVI turunun “Kəpəz” – “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. Azərbaycan Premyer Liqasının IV dövrəsinin “Zirə” – “Kəpəz” oyunu “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.

 

Azərbaycan Premyer Liqasının XVI turunun “Neftçi” – “Qəbələ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi “Bakcell Arena”da deyil, Qəbələ şəhər stadionunda reallaşacaq. IV dövrənin bu komandalar arasında baş tutacaq oyunu isə  “Neftçi” – “Qəbələ” oyunu kimi qeydə alınacaq. 

Xəbər xətti