Polşa Ekstraklasasında çıxış edən “Yagelloniya” klubunun yarımmüdafiəçisi Konstantin Vasilyevin "Neftçi"nin hədəfində olduğu haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, estoniyalı futbolçunun agenti Andrey Stepanovun sözlərinə görə, Polşa klubu futbolçunu göndərmək niyyətində deyil:
“Yagelloniya”nı heç bir təklif maraqlandırmır. Müqavilə yayda bitəcək. “Yagelloniya” Vasilyevi qış transfer pəncərəsində satmamaq qərarı verdi. Çünki komanda çempionluq uğrunda mübarizə aparır. Konstantin bu yolda komandanın əsas silahıdır".
Qeyd edək ki, “Yagelloniya” Polşa Ekstraklasasında 39 xalla liderdir. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi komandasının əsas fiqurlarından biridir. O, bu mövsüm 10 qol vurub və 9 assist edib.
saytlarin hazirlanmasi