Qazaxıstan klubu azərbaycanlı futbolçunu bəyənmədi

20:10 - 2 Fevral 2017

Müqavilə ilə Sloveniyanın "Domjale" klubuna məxsus olan "Neftçi"nin sabiq futbolçusu Samir Məsimovun Qazaxıstanın "Okjepets" klubuna keçidi baş tutmayıb. 

 

Sportal.az xəbər verir ki, Qazaxıstan klubu bir müddətdi baxışda olan futbolçularla bağlı yekun qərar verib. Klubun rəsmi saytında yer alan xəbərə görə, həmin futbolçulardan Samir Məsimovla Vadim Tomas bəyənilməyərək geri göndəriliblər. 

 

Qeyd edək ki, "Domjale" ilə müqaviləsi olan Məsimovun "Okjepets"ə icarəyə veriləcəyi gözlənilirdi. 

Xəbər xətti