"Neftçi"də futbolçuları döymək üçün gətirilən ispan

11:34 - 3 Fevral 2017

“Neftçi” qış transfer dönəmində sonuncu transferini dünən həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb.

 

"Rayo Valyekano"nun yetirməsinin "Sankt Pölten" ilə problemlər yaşamışdı. Hücumçu "Mansdorf"la yoxlama oyununda qvineyalı komanda yoldaşı Alhassan Keyta ilə penaltini vurmaq üstündə yumruq davasına çıxmışdı. Bu davada ispan oyunçunun qaşı partlamışdı. Mətbuat da bu olaydan yazmışdı.

 

Afrikalı futbolçu davaya görə, klubdan qovulmuşdu. Seqoviya isə komandadan ayrılmağı özü istəyib. Ondan sonra klubsuz qalan hücumçu "Neftçİ" ilə müqavilə imzalayıb.

 

Belə görünür ki, "Neftçi"də penaltiləri 30 yaşlı hücumçu yerinə yetirəcək.

 

 

Xəbər xətti