Premyer Liqanın XVI turunda üz-üzə gələn “Qəbələ” – “Neftçi” oyunundan sonra (1:0) meydan sahiblərinin kapitanı Cavid Hüseynov müsahibə verib.
“Oyun çox ağır keçdi. Hamı görür ki, fasilədən sonra “Neftçi”də irəliləyiş var. Biz də üçüncü dövrəyə qələbə ilə başlaya bilməmişdik. "Sumqayıt”la matçdan sonra mütləq qələbə lazım idi. Nəticəyə oynayırıq və qələbə qazandığımız üçün şadıq”.
- Qalibiyyət çətinliklə əldə edildi. Necə düşünürsüz “Qəbələ” istənilən formada deyil, ya “Neftçi” yaxşı mübarizə apardı?
- Bilirsiz, bizim bütün matçlarda kifayət qədər vəziyyətlərimiz olur, sadəcə reallaşdırma ilə bağlı problemlər olur. İnanıram ki, bundan sonra daha rahat qələbə qazanacağıq.
- Hakimlərlə bağlı nə demək istərdiz?
- Heç nə danışmaq istəmirəm o barədə.
- Öz oyunun barəsində nə deyə bilərsən?
- İlk hissədə zəif oynadım, ikinci hissədə nisbətən düzəldi.
- Keçən dövrənin sonunda demişdin ki, mənə tam formaya düşmək üçün bir toplanış lazımdı. İndi necə düşünürsən?
- Yəqin ki, 2-3 oyuna hər şey yaxşı olacaq.
- Doğrudur, hələ tezdir, ancaq bəllidi ki, çempionluq uğrunda iki komanda mübarizə aparacaq...
- Biz artıq çempionluq haqqında danışmırıq. Söz vermişik ki, çempionluq haqqında nəsə deməyək. Hər oyuna qələbə üçün çıxırıq, axırda da nə olar-olar. (Newsport.az)
saytlarin hazirlanmasi