"Zirə"nin legioneri: "Hakim qərar veribsə, nə edə bilərəm?" MÜSAHİBƏ

17:06 - 4 Fevral 2017

"Zirə" Azərbaycan Premyer Liqasının 16-cı turunda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Oyunda 29-cu dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan "qartallar"ın paraqvaylı legioneri Sezar Meza Kolli jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

-    30-cu dəqiqədən sonra 10 nəfərlə oynadız...

-    “Zirə” yaxşı mübarizə apardı. Ən vacib bizim üçün 3 xal idi. Bunu da bacardıq. Komandamla fəxr edirəm.


-    Nə baş verdi ki, qırımızı vərəqə aldın?
-    Yerə yıxılandan sonra gördüm ki, referi məni qırımızı vərəqə ilə cəzalandırdı. Başqa heç nə xatırlamıram. 

 

-    Amma qərara etiraz etmədin...

-    Hakim qərar veribsə, nə edə bilərəm? Artıq etiraza ehtiyac da yox idi.

 

-    Son günlər hakimlərlə bağlı geniş müzakirələr var. Oyunda 2 qırmızı və 9 sarı vərəqə oldu. Sən necə dəyərləndirirsən bu günkü idarəçiliyi?

-    Ən yaxşı odur ki, hakimlərə çox fikir verməyək. Kəskin etirazlar baxımından bunu deyirəm. Bu, balanslaşmış şəkildə olmalıdır. Yəni, bizə qarşı yanlış qərar olsa da, onların üzərinə getməyək.


-    Komanda 2-ci hissədə demək olar ki, hücum etmədi. Üzərində psixoloji təzyiq yox idi ki, qalib gəlməyəsiz?
-    Qeyd etdiyim ki, bizə vacib qalib gəlmək idi ki, bunu da bacardıq. Sırf müdafiə haqda düşünməli idik. Bunu da bacardıq.

 

-    “Zirə” 2 oyundur ki, ardıcıl qalib gəlir. Nöbəti turda “Qarabağ”a qarşı oynayacaqsız.

-    Bu matçı təəssüf ki, buraxacam. Növbəti oyunlar haqda danışa bilərəm. “Qarabağ”a qarşı oyunlar bildiyiniz kimi çətin olur.

Xəbər xətti