Azərbaycan Premyer Liqasının 16-cı turu üçün azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, turda ən çox azarkeş Sumqayıtda qeydə alınıb. Burda baş tutmuş “Sumqayıt” - “İnter” oyununu (2:2) 1300 tamaşaçı tribunalardan izləyib.
Ən az azarkeş isə Şüvəlanda qeydə alınıb. “AZAL Arena”da baş tutmuş AZAL - “Qarabağ” matçını (1:2) cəmi 650 nəfər azarkeş izləyib.
Turun digər oyunlarından “Zirə” - “Kəpəz” oyununda (1:0) 900, “Qəbələ” - “Neftçi” matçında (1:0) isə 1200 tamaşaçı qeydə alınıb.
Ümumilikdə, turun 4 oyununu 4050 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1010 tamaşaçı deməkdi.
saytlarin hazirlanmasi