Azərbaycan Premyer Liqasının 16-cı turunun AZAL – “Qarabağ” (1:2) matçında zədələnərək meydanı tərk edən Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana mövsümü erkən başa vurub.
Klubdan Sportal.az-a verilən məlumata görə, ispaniyalı futbolçu tibbi müayinədən keçib. Kintananın dizinin çarpaz bağlarının qopduğu məlum olub. 29 yaşlı oyunçu azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Dani Kintana bu mövsüm "Qarabağ"ın heyətində 6 qol vurub.
saytlarin hazirlanmasi