Millimizin üzvü "Tottenhem"in hədəfində

10:34 - 6 Fevral 2017

21 yaşlılardan ibarət milli komandamızın üzvü Ozancan Kökcü "Tottenhem"in hədəfindədi.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatına açıqlamasında futbolçunun meneceri Müzzi Özcan verib. Onun sözlərinə görə 19 yaşlı futbolçu ilə İngiltərə, Hollandiya və Almaniya klubları maraqlanır:

 

"Tottenhem", "Everton, o cümlədən, Hollandiya və Almaniya klublarından təkliflər almışıq. Ən ciddi təklifi isə "Tottenhem" göndərib. Qarşıdakı həftələrdə yekun qərarımızı verəcəyik".

 

Qeyd edək ki, Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Kökçü bu ilin yanvarında Azərbaycanın U-21 yığması ilə Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışında olub.

Xəbər xətti