Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, keçirilən iclasda Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində baş tutan AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində oyunun baş hakimi Orxan Məmmədov tərəfindən meydandan qovulan Sadio Tounkaranın da cəzası açıqlanıb.
Komitə üzvləri malili futbolçunun meydandan qovulmasını haqlı qərar hesab ediblər. Bunun üçün də ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün Tounkara 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.
saytlarin hazirlanmasi