Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun gününə iki görüş keçiriləcək. “Qəbələ” öz meydanında AZAL-ı qəbul edəcək. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk cəzalı durumda olduğundan bu görüşü tribunadan izləyəcək. Komandanı meydana Qriqorçukun köməkçisi Sənan Qurbanov çıxaracaq
Günün digər qarşılaşmasında isə lider “Qarabağ” mövsümün ikinci yarısına yaxşı başlayan “Zirə” ilə qarşılaşacaq.
Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.
8 fevral (çərşənbə)
Azərbaycan Premyer Liqası, XVII tur
15:00. "Qəbələ” – AZAL 2:0
Qollar: Filip Ozobiç, 64 (pen), 90+3
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
17:30. "Qarabağ” – "Zirə” 2:0
Qollar: Əfran İsmayılov, 13, Dino Ndlovu, 48
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şaiq Həmidov
“Azersun Arena”