Azərbaycan Premyer Liqasının XVII turunda "Qəbələ" öz meydanında AZAL-ı məğlub edib - 2:0.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib. Əhmədov komandasına təşəkkür edərək, digər sualları cavablandırmaqdan yayınıb:
"Hər kəsi salamlayıram. Sadəcə, komandama çox sağ ol demək istəyirəm. Özünüz hər şeyi gördünüz. Verəcəyiniz sualları da bilirəm. Sadəcə, danışmaq istəmirəm. Sualları başqa vaxta saxlayın, sağ olun".
Qeyd edək ki, oyunun 73-cü dəqiqəsində Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top "Qəbələ"nin hücumçusu Daniel Subotiçin əlinə dəysə də, baş hakim İnqilab Məmmədov penalti təyin etməyib.
saytlarin hazirlanmasi