Millimizin üzvü "Çelsi" üzərindəki qələbədə böyük pay sahibi oldu

21:21 - 8 Fevral 2017

21 yaşadək milli komandamızın üzvü olan Ozancan Kökcünün formasını geyindiyi Hollandiyanın "Feyenoord" klubunun U-19 komandası yoxlama matçı keçirib.

 

Sportal.az-ın məlumatına görə, Rotterdam təmsilçisi İngiltərənin "Çelsi" kubunun U-19 kollektivi ilə qarşılaşıb. Oyunda "Feyenoord" 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 87-ci dəqiqədə Tayrell Malasiya vurub. Qolun ötürməsini isə yığma komandamızın şərəfini qoruyan Ozancan Kökcü edib.

 

Xatırladaq ki, 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Gənc futbolçu bu təklifi qəbul edərək yanvar ayında U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı. O, Qazaxıstanın "Okjetpes" klubuna qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.

Xəbər xətti