"Sumqayıt" "Kəpəz"i, "Neftçi" "İnter"i eyni hesabla məğlub etdi YENİLƏNİB

19:24 - 9 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, günün ilk oyunu Sumqayıtda keçirilib. Eyniadlı komanda mövsümün ikinci yarısına olduqca uğursuz start verən "Kəpəz"i 3 - 1 hesabıyla məğlub edib. 

 

Turun son matçı isə "İnter Arena"da oynanılıb. 2 paytaxt klubunun mübarizəsində "İnter" "Neftçi"ni qəbul edib. Qarşılaşma qonaqların 3 - 1 hesablı qələbəsiylə yekunlaşıb.

 

9 fevral (cümə axşamı)

Azərbaycan Premyer Liqası, XVII tur

 

15:00 “Sumqayıt” – “Kəpəz” 3:1

QOL: Sergey Çernışev, 7, Azər Salahlı, 28, Məhəmməd Qurbanov, 61 - Kərim Diniyev, 71
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Kapital Bank Arena”
 
17:30 “İnter” – “Neftçi” 1:3

QOL: Rauf Əliyev, 35Daniel Seqovia, 12, Namiq Ələsgərov, 17, İqnasio Herrera, 58
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”

Xəbər xətti