"Qarabağ" Polşanın "Lex" klubunda forma geyinən Məhəmməd Keytanı transfer edə bilər.
Sportal.az xəbər verir ki, bu barədə yerli "Metro" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, 26 yaşlı hücumçu ABŞ-ın "Minnesota" klubuna keçməkdən imtina edib.
Hücumçu verdiyi açıqlamada Ağdam klubu ilə müqavilə şərtlərini razılaşdırdığını bildirib.
Qeyd edək ki, Keyta Norveçin U-18, U-21, U-23 millilərində forma geyinib.
Xatırladaq ki, peşəkar karyerasına 2008-ci ildə "Stromqodset"də başlayan futbolçu 2014-cü ildə "Lex"ə transfer olub. Keyta 2015-ci ildə icarə əsasında "Stabek"də çıxış edib. Daha sonra icarə əsasında "Stromqodset"də oynayan forvard yenidən "Stabek"ə qayıdıb. Hücumçu ötən il dekabrın 31-i icarə əsasında yenidən "Lex"ə geri dönüb. Klub karyerası ərzində 209 oyun keçirən futbolçu 46 dəfə fərqlənməyi bacarıb.
saytlarin hazirlanmasi