Polşanın "Lex" klubunun futbolçusu Məhəmməd Keytanın "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Polşa və Norveç mətbuatı futbolçunun yaxın günlərdə "Qarabağ"la müqavilə imzalayacağını iddia edib.
Ancaq Sportal.az saytına açıqlama verən ağdamlıların icraçı direktoru Əmrah Çəlikəl xəbəri təkzib edib. Klub rəsmisi Keyta ilə danışıqlar aparıldığını təsdiq edib. Lakin Keytadan imtina edilib. 26 yaşlı forvardın səviyyəsi "Qarabağ"ı qane etməyib.
Xatırladaq ki, peşəkar karyerasına 2008-ci ildə "Stromqodset"də başlayan futbolçu 2014-cü ildə "Lex"ə transfer olub. Keyta 2015-ci ildə icarə əsasında "Stabek"də çıxış edib. Daha sonra icarə əsasında "Stromqodset"də oynayan forvard yenidən "Stabek"ə qayıdıb. Hücumçu ötən il dekabrın 31-i icarə əsasında yenidən "Lex"ə geri dönüb. Klub karyerası ərzində 209 oyun keçirən futbolçu 46 dəfə fərqlənməyi bacarıb.
saytlarin hazirlanmasi