"Neftçi"nin futbolçusu İqnasio Herrera Azərbaycan Premyer Liqasının 17-ci turunda "İnter" ilə oyundan (1:3) sonra Sportal.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
- Oyun çətin keçdi. Hazırlaşanda da bilirdik ki, asan olmayacaq. Yaxşı ki, Seqovianın zərbəsi qol oldu. Həmin qol bizdə özünəiam hissi yaratdı. Bu qələbə münasibəti ilə hamını təbrik edirəm.
- “İnter”dən belə zəif oyun gözləyirdiz?
- Rəqib güclü idi. Amma onlardan belə oyun gözləmirdik. Bu qələbəni öz oyunumuzla qazandıq. Onları zəif çıxış etməsinə məcbur etdik.
- “İnter”dən çəkinmirdiz ki, hesabı bərabərləşdirərlər?
- Bəli, hesabda 2:1 öndə olanda hər an gözləyirdik ki, “İnter” qol vura bilər və hər şey dəyişə bilər. Amma biz inamlı oynadıq və 3-cü qolumuzu da vurduq.
- Növbəti tur “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edəcəksiz. Doğma meydanda oynamaq üçün can atmırsız?
- Bura gələn gündən istəmişəm ki, öz meydanımızı görüm. Səbirsizliklə “Bakcell Arena”da oynamaq istəyirəm. Heç orada məşq də etməmişəm. Oranı görmək və oynamaq üçün səbirsizlənirəm.
- “Bakcell Arena”da azarkeşlər az olur. Fanatlar oyunlara az-az gəlir. Boş tribunalar önündə oynamaq necə hissdir?
- Mən bildiyiniz kimi, Qazaxıstandan gəlmişəm. Burada olan atmosfer Qazaxıstan çempionatında yoxdu. Səfər oyunlarına gedəndə 1-2 azarkeşimiz heç olmurdu. Yəni, bunlara öyrəşmişəm.