Adrian Skarlatake: "Pis oynadığımız üçün məğlub olduq" MÜSAHİBƏ

00:44 - 10 Fevral 2017

"İnter"in futbolçusu Adrian Skarlatake Azərbaycan Premyer Liqasının 17-ci turunda "Neftçi" ilə oyundan (1:3) sonra Sportal.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə  jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyuna çox pis başladıq. Elə buna görə də qapımızda erkən qollar gördük. Daha sonra şanslarımız olsa belə, yararlana bilmədik və məğlub olduq.

 

- “Neftçi”dən belə oyun gözləyirdiniz?

- Rəqib bizdən çox üstün oyun nümayiş etdirmədi, normal oynadılar. Fikrimcə, pis oynadığımız üçün  məğlub olduq.

 

- Buraxılan qollarda müdafiə xəttinin səhvləri var idi...

- Deməzdim ki, bütün günah müdafiəçilərimizdə oldu. Komanda şəklində yaxşı oynamadıq, Bütün mövqelərdə səhvlərə yol verdik.

 

- Bəlkə, komandada motivasiya yoxdu?

- Düşünmürəm ki, bu sarıdan əziyyət çəkirik. Sadəcə, bu qarşılaşmada oyunumuz alınmadı.

 

- Son iki matçda beş xal itirdiniz…

- Vəziyyətimizin pis olduğunu deməzdim. Çünki ən yaxın izləyicimiz olan “Sumqayıt”ı 7 xal qabaqlayırıq.

Xəbər xətti