Türkiyənin "Trabzonspor" klubunun heyətinə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayevin yeni klubunun adına aydınlıq gəlmək üzrədi.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu karyerasını Slovakiyada davam etdirəcək. Onun çempionatın lideri olan "Jilina" klubuna 1,5 illik icarəyə verildiyi bildirilir.
Ötən gün komanda yoldaşları ilə vidalaşan Şeydayevin bu gün Trabzonu tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Şeydayev mövsümün əvvəlindən çıxış etdiyi "Trabzonspor"un heyətində çıxdığı 3 oyunda 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi