"Qarabağ" qalib gəldi, "Qəbələ" qələbəni əldən verdi YENİLƏNİB

18:28 - 12 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

 

Lider “Qarabağ” Gənəcədə “Kəpəz”in qonağı olacaq. Ardıcıl 4 oyundur məğlub olan Şahin Diniyevin komandası Ağdam klubu ilə oyunda bu uğursuz seriyaya son qoymağa çalışacaq.

 

Digər qarşılaşmada isə "Qarabağ"ı qarabaqara izləyən “Qəbələ” “Zirə”nin qonağı olacaq. 

 

Turun digər iki oyunu  sabah keçiriləcək.


14:30.“Kəpəz” – “Qarabağ”  0:1

Qol: Mahir Mədətov, 65

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

 

16:30.“Zirə” - “Qəbələ”  2:2

Qollar: Viktor İqbokoyi, 54, Riçard Qadze, 90+4Daniel Subotiç, 38, Filip Ozobiç, 88
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
 Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti