Rasim Ramaldanov: "Əliyar Ağayev mənə qırmızı vərəqə vermək istəmirdi" MÜSAHİBƏ

20:55 - 12 Fevral 2017

Premyer Liqanın 18-ci turunda "Qəbələ" səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, "Qəbələ"nin heyətində debüt oyununu keçirən və qırmızı vərəqə alan Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyuna hazır idik. Ağır keçəcəyini bilirdik. 3 xal üçün meydana çıxmışdıq. Qismət belə imiş.
 
- Son dəqiqələrdə qol vurduz və qoldan sonra arxayınlıq var idi?
- 2-ci qolu vuranda sonra dedim ki, artıq qalib gələrik. Soyunub-geyinmə otağına yollanmışdım. Heç onların bərabərlik qolunu görmədim.
 
- İlk oyununu keçirdin. Həyəcan var idi?
- Xeyr, həyəcan yox idi. Yavaş-yavaş uyğunlaşıram.
 
- Qırmızı vərəqə aldığın epizodla bağlı nə deyə bilərsən?                        
- Ondan əvvəl məni sarı vərəqə ilə cəzalandırmışdı. 5-10 dəqiqə sonra da 2-ci sarını mənə göstərdi. Özüm də bilirəm ki, meydandan qovulmalı deyildim. Əliyar Ağayev də məni 2-ci dəfə sarı vərəqə ilə cəzalandırmaq istəmirdi. Yan xətt hakimi olan Zeynal Zeynalov bayrağını qaldırdı və ona işarə etdi. Fikrimcə, səhv qərardı. Etiraz etsəm də, xeyri yoxdu. Hakim qərarını vermişdi.
 
- "Qəbələ" son zamanlar hakimlərdən narazılıq edir. Evdə keçirdiyini son iki oyunda hakimlər AZAL və "Neftçi"nin əleyhinə qərarlar verib. Səncə, hakimlərin bu qərarları nəylə bağlıdı?
- Hakimlərin idarəçiliyi haqda danışmaq istəmirəm. Onların öz sədrləri var. Özləri bilər.
 
- Roman Qriqorçuk sənə irad bildirmədi?
- Xeyr. Bu haqda danışmadıq.
 
- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsız. Mərkəz müdafiəçilərindən sən cəzalı, Vernidub və Santos isə zədəlidir...
- Baş məşqçi buna bir əlac tapar. Düzdür, çətin olacaq. 
 
- Debüt qarşılaşmanda qırmızı vərəqə almaq necə hissdi?
- Təbii ki, heç kimə xoş gəlməz. Xoşagəlməz an idi. Məncə, düzgün olmadı. Mənə dəstək verməkdənsə, meydandan çıxarmağı yaxşı olmadı. Hakimlərə demirəm. Sadəcə, ilk oyunda meydandan qovulmamalı idim.
 
- Bir müddət Gürcüstanda oynadın və yenidən Azərbaycan çempionatına qayıtdın. Dəyişən nə var?
- Nə mənada? Hakimlər barəsində bir daha deyirəm ki, danışmayacam. Hər şeyə aydınlıq gələcək və təkrara baxacaqlar.
 
- 2-ci qoldan sonra qol sevincini qışqıraraq qeyd etdin. Qələbə qazansaydız, qırmızı vərəqən də sığortalanacaqdı...
- Sevinirdim və deyirdim ki, qələbə qazanarıq. Qismət belə imiş.

Xəbər xətti